9-cu sinif şagirdlərinə imtahanqabağı psixoloji dəstək
25.04.2023-ci il tarixində məktəbin akt zalında 9-cu sinif şagirdlərinə imtahanqabağı psixoloji dəstək göstərmək məqsədi ilə görüş keçirildi.Görüşdə məktəbin direktoru S.Bayramova,direktor müavinləri,məktəb psixoloqu, müəllimlər və 9-cu sinif şagirdləri iştirak etdilər.
Tədbirin sonunda məktəb psixoloqu şagirdlərlə maarifləndirici söhbət apardı. Problemli şagirdlərin məktəblərdə,ailə daxilində və ailədən kənar davranışları haqqında şagirdlərlə söhbət aparıldı.Qeyd etdi ki, bu kimi problemləri həll etmək üçün şagirdləri ictimai faydalı əməyə, mədəni-kütləvi tədbirlərə, zərərli vərdişlərin yaddan çıxarılmasına kömək edən işlərə və əyləncələrə cəlb etmək lazımdır.