Tarix muzeyinə ekskursiya təşkil olundu
14 yanvar 2017-ci il tarixdə sinif rəhbəri Sevinc İmanovanın və tarix müəllimi Şəfa Canəliyevanın təşkilatçılığı ilə məktəbin 6c sinif şagirdlərinin tarix muzeyinə ekskursiyası təşkil olundu.”İbtidai icma quruluşu” mövzusunda dərs muzeydə tədris edildi. Orada şagirdlərimiz həm də tariximizlə bağlı geniş məlumatlar topladılar, xalqımızın bugünədək tarixini əks etdirən Azərbaycanın qədim dövrlərinə aid müxtəlif maddi mənbələr, eksponatlar, bəzək əşyaları, əmək alətləri və digər zəngin kolleksiyalar ilə tanış oldular.