My favourite class mövzusunda nümunəvi dərs keçirildi
14.04.2023- cü il tarixində məktəbin ingilis dili müəlliməsi Şəhla Ələkbərova tərəfindən “My favourite class” mövzusunda nümunəvi dərs keçirildi.Dərs zamanı şagirdlər tərəfindən ingilis dilində mahnı və rəqs təqdim edildi.Dərsdə məktəbin direktoru Sevinc Bayramova, təlim-tərbiyə işləri üzrə direktor müavini Günay Əhmədova , ingilis dili üzrə metodbirləşmə sədri Maral Seyidəliyeva və ingilis dili müəllimləri iştirak etdilər.