Rəqəmsal gələcək adlı riyaziyyat və informatika gecəsi keçirildi

      01.03.2023-cü il tarixində  məktəbin riyaziyyat müəllimləri Şəhla Məmmədova , Səidə Məmmədova , Yeganə İbrahimova, Gülşən Sultanzadə və informatika müəllimi  Nəzirə Yusibovanın təşkilatçılığı ilə "Rəqəmsal gələcək" adlı riyaziyyat və informatika gecəsi keçirilmişdir. Tədbir məktəbin 5, 6, 7 və 8-ci sinif şagirdlərinin iştirakı ilə keçirildi. Tədbir Dövlət himni ilə başlanıldı, ilk əvvəl riyaziyyat və informatika elminin vacibliyi vurğulanaraq,  riyaziyyata dair şeirlər səsləndirildi, informatika haqqında elmi məlumat verildi. Daha sonra bir-birindən maraqlı "Rəqəmlərin söhbəti", "Həndəsi fiqurların bəhsi", "Kompüter və qurğular" adlı səhnəciklər nümayiş olundu. Şagirdlər tərəfindən rəqs nömrələri göstərildi, tapmacalar səsləndirildi.
    Tədbirin sonunda məktəb rəhbəri Sevinc xanım Bayramovanın  çıxışı dinlənildi. Tədbirdə iştirak edən şagirdlər "Tərifnamə" ilə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi