20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq 242 nömrəli tam orta məktəbin müəllimi Sevinc İmanova rəhbərlik etdiyi 6c sinfinin şagirdləri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etmişlər.. Müəllim şagirdləri 20 Yanvar faciəsi ilə bağlı bir daha məlumatlandırmış və şəhidlərimizin ruhu yad edilmişdir.Şagirdlər gətirdikləri gülləri məzarların üzərinə düzmüşlər.