“31 mart - Azərbaycanlıların Soyqırım Günü” nə həsr olunmuş tədbir keçirildi

  1998- ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırım günü kimi qeyd edilir. Bu soyqırım  Azərbaycan xalqı və dövlətçiliyinin tarixində  baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.

  Azərbaycanlıların kütləvi surətdə qırğın,repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndi. Azərbaycan xalqına qarşı yürüdülən erməni təcavüzkarlığı siyasətinin nəticələrini şagirdlərə aşılamaq, erməni terrorizmini  pisləmək, şagirdlərə  Azərbaycan xalqının düşmənlərini tanıtdırmaq məqsədilə 30.03.2023-cü il tarixində  8B  sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi.Əvvəlcə bir dəqiqəlik sükütla faciə qurbanlarının xatirəsi yad edildi. Məktəbimizin təşkilatçı müavini Aybəniz  Vəliyeva şagirdlərə soyqırım haqqında məlumat verdi. Şagirdlərin  də fikirləri dinlənildi. Sonda soyqırıma həsr olunmuş sənədli film nümayış olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi