Maarifləndirici dərs keçirildi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 5Mart- Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar ümumi təhsil müəssisələrində 27 fevral – 03 mart tarixlərində ümumi təhsil məktəblərində idman həftəsi elan edilmişdir. Bu məqsədlə biologiya müəllimi Samara Məmişova 03.03.2023-cü il tarixində 7B sinfində “İnsan həyatında idmanın rolu” mövzusunda maarifləndirici dərs keçirmişdir. O, sağlamlıq, gümrahlıq və gözəlliyin vəhdətindən , insan sağlamlığının qorunmasında gigiyena elminin rolundan, idmanın sağlam ruhda böyüməkdə rolundan, müxtəlif idman növlərindən danışdı, şagirdlərlə fikir mübadiləsi etdi və video çarxlar göstərdi.
Maarifləndirci dərsin məqsədi – şagirdlərin idmana olan marağını artırmaq, sağlam həyat tərzinin təbliğidir.