İdmançılarla görüş

28.02.2023-cü il tarixində İdman həftəsinin ikinci günündə idman nəaliyyətləri olan idmançılarla ıı-ıv, v-x sinif şağirdləri ilə görüş keçirildi. Şagirdlərlə görüşə məktəbimizin 2003-cü il məzunu akrobatika üzrə Avropa çempionu, Dünya kubokunun qalibi Elnur Məmmədov, İdman Akademiyasının müəllimi, karate idman növü üzrə 4 qat Avropa, Dünya çempionu Elxan Gülmaliyev dəvət olunmuşdur. Tədbirdə idmançılar şagirdlərə özləri haqqında geniş məlumat verdilər, onlarımaraqlandıran sualları cavablandırdılar, məktəbimizin idmancı şagirdləri ilə tanış oldular. Elxan Gülmalıyev məşğul olduğu idman növünün bəzi idman hərəkətlərini nümayiş etdİ. Sonda şagirdlər idmançılarla şəkil çəkdirdilər və imzalarını aldılar.