İdman həftəsi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 5Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar ümumi təhsil müəssisələrində 27 fevral-3 mart tarixlərində idman həftəsi elan olunmuşdur. Məqsəd şagirdlərin idmana olan marağının artırımaq və sağlam həyat tərzini təbliğ etməkdir. Məktəbimizdə İdman həftəsinin 1-ci gününün proqramına uyğun olaraq səhər gimnastikası keçirilmişdir.