Xalq şairi Bəxtiyar Vahabzadə ilə bağlı “Bəxtiyar ömrü” adlı dəyirmi masa keçirildi

25.12.2016-cı il tarixdə Bakı Şəhəri Nizami rayonu 242 nömrəli tam orta məktəbdə xalq şairi Bəxtiyar Vahabzadə ilə bağlı “Bəxtiyar ömrü” adlı dəyirmi masa keçirildi.Tədbiri dil-ədəbiyyat müəllimi Təranə Şirinovanın rəhbərliyi ilə 7b sinif şagirdləri hazırlanmışdı. Tədbirdə şairin həyat və yaradıcılığına nəzər salındı, şeirləri əzbər söylənildi. Sonda ölməz sənatkara həsr olunmuş video-çarxa baxıldı.