Şagird təqdimatları

      İKT-nın cəmiyyət həyatının bütün sahələrinə surətlə tətbiqi hər hansı bir məsələ və ya mövzu ilə bağlı fikirlərin auditoriyaya çatdırılması formasına da yeniliklər gətirib. İndi bu məqsədlə təkcə ənənəvi məruzə və ya mühazirələrdən istifadə etmirlər. Müvafiq görüntülərlə təqdimatlar hazırlanır. Təqdimatlar məktəblərə tədris prosesinə da çoxdan ayaq açıb, interaktiv dərsin mühüm elementinə çevrilib.                                  

    17.02.2023-cü il tarixində 7c sinif şagirdlərinin müxtəlif mövzularda təqdimatları nümayiş olundu: Məmmədova Rəna “Türkiyədə zəlzələ“, Mustafayeva Sevgi  “Xarı bülbül", İslamov Ramal “Şuşa”, “Mübariz İbrahimov“, Quluzadə Familə “İkinci Qarabağ müharibəsi“, Kamal Əhmədov “Avtomobillərin keçmişi", Fətullayeva Sima “Gələcəyin smartfonları“. Məktəbin direktoru Sevinc Bayramova şagirdlərin hazırladıqları təqdimatları çox bəyəndi. Öz təklif və tövsiyələrini onlara çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi