Malta həndbolçularını dəstəkləyirik

       Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində start verilən Olimpiya Mədəniyyəti və Təhsili Proqramı OCEP layihəsi çərçivəsində  məktəbimiz Malta respublikasını təmsil edir.Bakıda keçirilən kişi həndbolçuların 2026-cı il Avropa çempionatının ilkin təsnifat turniri çərçivəsində Malta yığması Kipr yığma komandası ilə qarşılaşmışdır.Oyun Kipr komandasının 47-26 hesablı qələbəsi ilə başa çatmışdır.Oyunu canlı izləmək və Malta komandasına azarkeşlik etmək üçün məktəbimizin bir qrup müəllim və şagird kollektivi yarışın keçirildiyi Bakı Əl Oyunları Sarayında olmuşlar. Yarışdan sonra Malta komanadası ilə məktəbimizin şagirdləri görüşmüş,söhbət etmiş,idmançılara və onların məşqçilərinə hədiyyələr təqdim olunmuşdur.Daha sonra onlara Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) haqqında ətraflı məlumat vermişlər.Qarşıda tədbirlər planına uyğun olaraq  müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi