Malta məktəbliləri ilə onlayn görüş keçirildi

Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində start verilən Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) layihəsində məktəbimiz Malta respublikasını təmsil edir.Məktəbimizdə 14.02.2023- cü il tarixində Maltanın Saint Julian's şəhərində Malta Crown məktəbliləri ilə şagirdlərimizin onlayn görüşü təşkil olundu.Görüşdə ilk öncə Azərbaycan və Malta dövlətinin himni səsləndirildi.Salamlaşmadan sonra hər iki məktəbin hazırladıqları çıxışlar nümayiş olundu. Şagirdlərin təqdimatları rus,ingilis dilində səsləndirildi.Onlayn görüş disskusiya şəraitində keçdi,şagirdlər bir-birinə maraqlı suallarla müraciət etdilər. Görüşdən məktəblilər məmnun qaldılar,yenidən bu kimi görüşlərin keçirilməsi ümidi ilə ayrıldılar.
Qarşıda tədbirlər planına uyğun olaraq müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.