“Uşaq hüquqları: inkişaf və perspektivlər” adlı tədbir keçirildi

23 dekabr 2016-cı il tarixində Holiday İnn otelində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə Dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş “Uşaq hüquqları: inkişaf və perspektivlər” adlı tədbir keçirildi. Yekunda il ərzində Komitə tərəfindən həyata keçirilən layihələrə fəal qoşulan və uğurlu fəaliyyətinə görə seçilən uşaqlar mükafatlandırılıb. Mükafatlandırılan uşaqlar içərisində məktəbimizin 8b sinif şagirdi Məmmədov Müslüm Çingiz oğlu da iştirak edirdi.