23.12.2016 tarixdə 9a sinfində bəşəriyyətin ən qlobal probleminə çevrilmiş və hər bir gəncin potensial namizəd olduğu zərərli vərdişlərdən qorunmanın yolları haqqında təbliğat aparmaq məqsədilə “Narkomaniyaya yox deyək” adlı diskussiya keçirildi. Diskussiyada şagirdlər mövzu barədə öz fikirlərini söylədilər. Həmzəyeva Adilə və Əhmədzadə Ləman mövzu ilə bağlı hazırladıqları slaydı şagirdlərə təqdim etdilər.Sonda müəllimlər: Vəliyeva Aybəniz və Nuriyeva Elnarə narkomaniyanın törətdiyi fəsadlar barədə şagirdlərə geniş məlumat verdilər.