Nümunəvi dərs keçirildi

   13.02.2023 tarixində 242 saylı məktəbin kimya müəllimi Vəliyeva Mehribanın 7a sinfində Həyat bilgisi fənnindən  "İşğaldan azad olunmuş ərazilərin ekoloji problemləri" mövzusunda  təqdimat əsaslı nümunəvi dərs keçirilmişdir. Azərbaycanın füsunkar və dilbər güşəsi , dünyada çox nadir və təkrarolunmaz iqlimə, bitki örtüyünə və heyvanlar aləminə malik olan Qarabağ torpaqları uzun illər düşmən tapdağında qaldı. Nəhayət, İkinci Qarabağ müharibəsi nəticəsində bu torpaqlar işğaldan azad edildi. 

    Şagirdlər bu dərsdə ermənilərin Qarabağda çoxlu bitki və Qırmızı kitaba düşmüş heyvan növlərini məhv etdiklərini öyrəndilər. Onlar qəbirləri, evləri dağıtmış, meşələri yandırmışlar. Çayları çirkləndirib, oradakı heyvanları məhv etmişlər. Ancaq bunlar baxmayaraq,Ali Baş Komandanın səyi nəticəsində  torpaqlarımızın azad olunması ilə Qarabağ düşmənin ekoloji terrorundan qurtulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi