Maarifləndirici söhbət aparıldı
Son zamanlar yer kürəsində baş vermiş təbii fəlakətlər çoxsaylı insanların tələfatına, yaralanmalara səbəb olmuşdur. Bu gün hamımızın kədərlənməsinə səbəb qardaş Türkiyədə baş vermiş zəlzələdir.Elə bu səbəbdən 09.02.2023-cü il tarixində məktəbimizdə coğrafiya müəllimi İradə Hacıyeva azərbaycan bölməsinin ibtidai siniflərində sözü gedən mövzu haqqında maarifləndirici söhbət apardı. Müəllim zəlzələnin səbəbləri, ondan necə xilas olmağın yolları barədə geniş məlumat verdi.Söhbət zamanı İradə müəllim şagirdləri maraqlandıran sualları cavablandırdı.
#təhsil#aztagram#şagird#xaricdətəhsil#məktəb#baku#azerbaijan#azerbaycan#baki#school#
university#educational#education