Bilik yarışı keçirildi

7 fevral tarixində məktəbimizin ibtidai sinif müəllimi Günay Sədiyevanın rəhbərlik etdiyi 3A sinfində Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş ”Tarix yazan igidlər” adlı bilik yarışı keçirildi.Yarışda direktor və direktor müavinləri iştirak etdilər. Dövlət himni səsləndirildi, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Yarış boyu vətənpərvər mahnılar və şeirlər ifa olundu. Tədbirdə Mübariz İbrahimovun döyüşdə xüsusilə fərqlənməsindən, erməni mənfurlarının həmləsini dəf edərək təkbaşına düşmənin canlı qüvvəsini məhv etməsindən danışıldı.Şagirdlər "Dəmir yumruq", "İlin adamı" ,"Mübariz oğullar " və "Bükülməz bilək" adları altında qruplaşaraq beş mövzuda hazırlanmış iyirmi beş suala cavab verdilər. Sonda qalib komanda üzvləri təşəkkürnamə ilə mükafatlandırıldı.