Müsabiqənin qalibləri mükafatlandırıldı

27.12.2022-ci il tarixində Azərərbaycan Respublikasının Elm vəTəhsil və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilmiş ”Fövqəladə hallar uşaqların gözü ilə” X respublika uşaq yaradıcılıq müsabiqəsinin mükafatlandırma mərasimi baş tutdu.Məktəbimizin I-XI sinif şagirdləri arasında rəsm,plakat,əl işi,yanğın və qəza-xilasetmə texnikasının modeli,yumşaq oyuncaq nominasiyaları üzrə keçirilmiş müsabiqədə şagirdlərimiz iştirak etdilər. 10A sinif şagirdi Bağırova Nərmin 1-ci yeri,Ağayev Mikayıl 3-cü yeri qazanaraq qaliblər sırasında yer aldılar.Qaliblər nazirliklər tərəfindən diplom,tərifnamə və hədiyyələrlə mükafatlandırıldı. Şagirdlərimizi ürəkdən təbrik edir,onlara daha böyük uğurlar diləyirik.