Zərərli vərdişlərə birlikdə yox deyək!” layihəsi çərçivəsində tədbir keçirildi

Hər il olduğu kimi bu ildə məktəbimizdə narkotik vasitələrin,psixotrop madəllərin və onların qanunsuz dövriyəsinə, narkomaniyaya,yetkinlik yaşına çatmayan qızların ailə qurmasına qarşı mübarizə aparmaq məqsədi ilə 06.12.2022-ci il tarixdə Nizami rayonu Polis İdarəsinin rəisi polis polkovniki Ziya Əliyev,Nizami rayonu Polis İdarəsinin rəis müavini polis polkovnik-leytenantı Zaur İsayev,Nizami rayonu Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Proflaktiki İşin Təşkili bölməsinin rəisi polis mayoru Natiq Yusifov,Nizami rayonu Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi polis baş leytenantı Elvin Əliyev, Nizami rayonu Polis İdarəsinin Veteranlar Şurasının sədri Nazim Knyazov,Nizami rayonu Polis İdarəsinin Veteranlar Şurasının müavini Firdovsi Bayramov,Nizami rayonu Polis İdarəsinin Veteranlar Şurasının katibi Fərhad Bağırov,Nizami rayonu Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Proflaktiki İşin Təşkili bölməsinin baş-inspektoru polis kapitanı Günel Mirzəyeva və inspektoru polis Leytenantı Qadir Hüseynov məktəbin akt zalında “Zərərli vərdişlərə birlikdə yox deyək!”adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və vətənimizin bütövlüyü uğrunda canlarını qurban vermış şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Tədbir iştirakçıları bu gün bəşəriyyəti düşündürən ən ağır problemlərdən biri olan narkomaniya haqqında geniş məlumat verdilər,şagirdləri maraqlandıran sualları cavablandırdilar.
Məktəbin direktoru S.Bayramova çıxış edərək cəmiyyətdə “Ağ ölüm”kimi tanınan narkomanıya bəlasının insan həyatında sağalmaz yaraları barədə söhbət açdı.Qeyd etdi ki,bu mübarizədə cəmiyyətin bütün üzvlərinin iştirakı vacibdir.
Məktəbdə fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinin çəkdiyi rəsmlər nümayiş olundu və şagirdlər çəkdiyi rəsmlərin mövzusu haqqında məlumat verdilər Sonda şagirdlərə mövzu barədə video çarx nümayiş olundu.