Zəfər tədbirləri

05.11.2022-ci il tarixində məktəbimizdə “Zəfər Günü”nə həsr olunmuş növbəti tədbirlər akt zalında keçirildi.”Zəfərin mübarək Azərbaycan!”və”Mənim Şuşam” adlı ədəbi-bədii kompozisiyallar məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda.Əsgərova rəhbəri olduğu 5B sinfi ilə,Nigar Quliyeva isə rəhbəri olduğu 2Ç sinfi ilə hazırlamışdı.Bayram gününə həsr olunmuş bir-birindən maraqlı çıxışlar hər kəsin ürəyincə oldu.Sonda məktəbin direktoru çıxış etdi.
Zəfəri bizlərə bəxş edən Ali Baş Komandanımız İlham Əliyevə və qüdrətli ordumuza minəttdarıq.