Maarifləndirici söhbət

       31 oktyabr 2022-ci il tarixində Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı F.Qasımova məktəbin VII sinif şagirdləri ilə birlikdə M.F.Axundzadənin anadan olmasının 210 illik yubileyi ilə əlaqədar söhbət keçirdi.

      Söhbətdə bildirildi ki,M.F.Axundzadənin realist sənətkar, dramaturgiyamızın banisi,şair və nasir kimi ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri vardır.Dram sənətinin incəliklərini dərindən öyrənən ədib 1850-1855-ci illərdə altı komediya yazmaqla ədəbiyyatımızda dramaturgiyanın əsasını qoymuşdur.

     Söhbətin keçirilməsinin əsas məqsədi misilsiz istedada malik mütəfəkkirimiz M.F.Axundzadəni şagirdlərə tanıtmaqdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi