Qazimizlə görüş keçirildi

“8 noyabr ZəfərGünü” münasibəti ilə 25.10.2022-ci il tarixində məktəbin şagirdi olmuş qazi Aydın Zuxrabov və anası ilə görüş keçirildi.Görüşdə məktəbin direktoru,müavinlər və şagirdlər iştirak etdillər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbir iştirakçılarının çıxışları dinlənildi.Qazimiz öz çıxışında şagirdlərə Vətən müharibəsi,döyüş yoldaşları haqqında məlumat verdi.Sonda isə qazimiz şagirdləri marağlandıran sualları cavablandırdı.