Riyaziyyat fənni üzrə viktorina keçirildi

Noyabr ayının riyaziyyat-informatika aylığı elan edilməsi ilə əlaqədar olaraq, 24 noyabr 2016-cı il tarixində riyaziyyat müəllimləri Qələndərova Sevil və Qəmbərova Rüxsarə rus bölməsinin 8 və 9-cu sinifləri arasında riyaziyyat fənni üzrə viktorina keçirmişlər. Viktorinada məktəbin direktoru, direktor müavinləri və riyaziyyat müəllimləri iştirak etmişdir. Yarışmada fərqlənən şagirdlər mükafatlandırılmışdır.