“Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız” adlı tədbir keçirilmişdir

Nizami rayonu 242 nömrəli tam orta məktəbin 8b sinif şagirdi Müslüm Məmmədov 12 nömrəli tam orta məktəbdə yay ərzində Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Öyrən, idarə et, lider ol” mövzusunda keçirilən təlimdə iştirak etmiş və sertifikat almışdır. O, 18 noyabr 2016-cı il tarixdə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə təşkil edilmiş “Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız” adlı tədbirdə çıxış etmiş və fəal iştirakına görə diplomla təltif olunmuşdur.