Müstəqillik gününə həsr olunmuş toplantı keçirildi

18.10.2022-ci il tarixində “Azərbaycan Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş toplantı keçirildi.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Torpaqlarmızın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin direktoru Sevinc Bayramova müstəqilliyimizin qurucusu Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin misilsiz xidmətlərindən danışdı.
Sonda bədii hissə nümayiş olundu.