"Sağlam həyat tərzi" mövzusunda tədbir keçirildi

“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası üzrə əsas fəaliyyət istiqamətlərinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq 15 noyabr 2016-cı il tarixdə məktəbin 4A sinfində sağlam həyat tərzinin təşviqi ilə bağlı tədbir keçirildi. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Aybəniz Vəliyeva, sinif rəhbəri Şərqiyyə Dadaşova , məktəbin həkimi İradə Hüseynova iştirak etdilər. Şagirdlərin diqqətinə çatdırıldı ki, sağlamlıq əsl sərvətdir. Sağlam olmaq üçün pis vərdişlərdən imtina etmək, hər gün azı bir saat bədən tərbiyəsi ilə məşğul olmaq, qidalanma rejiminə və sanitariya qaydalarına riayət etmək lazımdır. Daha sonra mövzu ətrafında şagirdlərin sualları cavablandırıldı.