17 noyabr Milli Dirçəliş günüdür

14 noyabr 2016-cı il tarixdə məktəbin 3A sinfində Milli Dirçəliş gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri sinif müəllimi Solmaz Canıyeva təşkil etmişdir. O , şagirdlərə bu bayramın tarixi haqqında məlumat verərək qeyd etdi ki, 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması üçün dirçəliş yolunda dönüş nöqtəsi oldu. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideyalar naminə birlik və bərabərliyi bir daha dünyaya nümayiş etdirdi. Daha sonra şagirdlər bayrama həsr olunmuş şeirlər söylədilər.