9 noyabr Bayraq Gününə həsr olunmuş tədbir keçirildi

Tədbiri giriş sözü ilə şagirdlərdən Həmzəyevə Adilə, Fərzəliyev Fəxri, Hüseynov Elvin açaraq bayraq haqqında məlumat verdi. 9 “a” sinif şagirdlərindən Əliyev Amid, Hacızadə Aysel, Ağayeva Şövkət vətənpərlik ruhlu səhnəcik nümayiş etdirdilər. Daha sonra şagirdlərdən Xanlarova Samirə, Məmmədova Dilarə, Məmmədova Samirə bayraq haqqında şeir söylədilər. Sonra “Bayraq günü” ilə əlaqədar qısa metrajlı film təqdim olundu. 242 nömrəli tam orta məktəbin direktoru Rəsulov Akif tədbir iştirakçılarını 9 noyabr "Dövlət Bayrağı Günü" ilə əlaqədar təbrik edərək bayrağın qüdrətindən danışdı. Azərbaycan Dövlət Din Tarixi Muzeyinin direktoru Münəvvər xanım şəhidlərimizi bir dəqiqəlik sükutla yad edib tədbir iştirakçılarını bayraq bayramı münasibəti ilə təbrik etdi.Sonra M.S.Ordubadinin ev muzeyinin elmi işçisi Vəliyeva İradə bayrağımızın tarixindən,dövlətimizin möhkəmliyindən danışdı. Sonra Yasamal rayon MKS-nin 4 nömrəli filialının müdiri Əmirova Turanə 242 nömrəli tam orta məktəbin müəllim heyətini və şagirdlərini bayram münasibətilə təbrik edib bildirdi ki, vətənimizi,bayrağımızı sevmək, qorumaq hamımızın borcudur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi