Təcrübi dərslər keçirildi

2021-2022-ci il tədris ilinin aprel ayında Yaşıl layihə: “Təbiəti qoruyanlar” adlı layihənin keçirilməsinə start verild.Şagirdlərin ekoloji maarifləndirilməsi,onların ekoloji biliklərin və tədqiqatçılıq bacarıqlarının artırılması məqsədilə məktəbin biologiya müəllimi S.Məmişova tədris etdiyi 6,7-ci siniflərdə 06.05.2022-ci il tarixində təcrübi dərslər keçirdi.Şagirdlərlə birlikdə məktəbin həyətində müxtəlif çiçəklər əkildilər.Müəllim əkilən çiçəklər haqqında şagirdlərə geniş məlumat verdi.Beləki şagirdlər çiçəklərin əkilməsi,suvarılması,onlara necə qulluq edilməsi barədə biliklər əldə etdilər.