Sentyabrın 15-i Bilik günüdür

15 sentyabr Bilik günüdür. Ölkəmizdə yeni dərs ili başlayır. Bu münasibətlə məktəbimizdə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Təbrik üçün söz məktəbin direktoruna, Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsinə və müəllimlərə verildi.Daha sonra birincilərin çıxışı dinlənildi və onlar üçün ilk zəng çalındı.