"Sən sahibkarsan" adlı lahiyə əsasında "Vahid dərs" keçirilmişdir

30.09.2016-cı il tarixdə 9b sinfində məktəbin coğrafiya müəllimi Hacıyeva İradə tərəfindən “Sən sahibkarsan” adlı lahiyə əsasında “Vahid dərs” keçirilmişdir. Dərsin məqsədi şagirdlərin sahibkarlıq təfəkkürünün formalaşmasına təsir etmək olmuşdur. İradə müəllimə çıxışında qeyd etmişdir ki, ölkəmizdə bu il ilk dəfə 25 aprel "Sahibkarlar günü" kimi qeyd olunur; ölkədə sahibkarlığın uğurlu fəaliyyəti üçün dövlət tərəfindən davamlı olaraq mühüm tədbirlər həyata keçirilir. Dərsdə şagirdlər dövlət başçısının sahibkarlığın inkişafına göstərdiyi qayğı əsasında Azərbaycanın maşınqayırma, metallurgiya və neft sənayesi haqqında topladıqları məlumatlarla çıxış etmişlər.