Zəfər Gününə həsr olunmuş növbəti tədbirlər keçirildi

05.11.2021 – ci il tarixində məktəbdə Zəfər Gününə həsr olunmuş “Qarabağa qayıdış” adlı ədəbi-bədii kompozisiya keçirildi.Tədbiri musiqi müəllimi Sevinc Hüseynova 8A,7C sinif şagirdləri ilə birlikdə hazırlamışdı.
Zəfər Günü və 9 Noyabr Bayraq Günü ilə bağlı ibtidai siniflər,akt zalında,foyedə,açıq dərs formasında silsilə tədbirlər nümayiş etdilər.Qənimətlər parkını və Şəhidlər Xiyabanını ziyarət etdilər.