Zəfər Gününə həsr olunmuş tədbir keçirildi

29.10.2021 – ci il tarixində məktəbin akt zalında “Azərbaycan xalqının 44 Günlük Zəfər Tarixi” adlı tədbir keçirildi.Tədbir “Azərbaycan Respublikasının Dövlət Himni”ilə başladı.İlk söz məktəbin direktoru A.Rəsulova verildi.Akif müəllim Azərbaycan xalqının əzm və iradəsi,iqtisadi gücü,xalq-iqtidar birliyi,və düşmən üzərində tarixi zəfərimizdən söhbət açdı.Vətənmizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə Qarabağ müharibəsi veteranları,əlliləri, şəhid ailələri iştimai birliyinin sədri Məhi Mehdiyev,sədr müavini Rauf Əliyev,vətən müharibəsi şəhidi kəşfiyyatçı Cəfərov Zakir Nadir oğlunun anası Kəmalə xanım,Nizami rayonu SHXÇDX zabiti baş leytenant Turqay Salmanlı və Vətən Müharibəsində iştirak etmiş,məktəbimizin məzunları olan qazilər iştirak etdilər.