Qənimətlər parkı ziyarət olundu

15.10.2021,17.10.2021 - ci il tarixlərində məktəbin tarix müəllimi və eyni zamanda 9Ç - nin sinif rəhbəri Canəliyeva Şəfa və 4C sinfinin rəhbəri Aydəmirova Tamella şagirdləri ilə birlikdə Qənimətlər parkını ziyarət etdilər.Şagirdlər 44 günlük müharibədə müzəffər ordumuzun əldə etdiyi qənimətləri canlı olaraq gördülər.Qənimətlər parkında qazilərlə görüşdülər,onların müharibə haqqında söhbətlərini dinlədilər.Qazilərlə söhbət zamanı şagirdlər onları maraqlandıran suallara cavab aldılar və sonda onlarla xatirə şəkilləri çəkdirdilər.