Kiçik Akademiyanın ilk iclası

08.10.2021-ci il tarixində 2021 – 2022 tədris ili üçün “Kiçik Akademiyanın”ilk iclası keçirildi.İclası məktəbin direktor müavini Günay Əhmədova açıq elan etdi.İlk öncə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Daha sonra direktor müavini təbiət şöbəsinin rəhbəri Mehriban Vəliyeva və humanitar şöbənin rəhbəri Nuriyeva Elnarəni Akademiyanın üzvlərinə təqdim etdi.Eləcədə qarşıda duran vəzifələr,Akademiyanın təşkil olunmasında məqsəd açıqlandı.Səsvermə yolu ilə kiçik Akademiyanın prezidenti Cəbrayılova Nəzrin ,vitse prezidentləri Rəsulov Əli,Məmmədzadə Xədicə seçildi.