Növbətı şagird təqdimatı keçirildi

25.02.2020-ci il tarixdə məktəbin 3C sinfində növbətı şagird təqdimatı keçirildi. Təqdimatlar Həyat bilgisi fənindən “Müstəqil Azərbaycan Respublikası” mövzusuna həsr olunmuşdu. Məmmədzadə Lətafət " Mənim Azərbaycanım " , İmamquliyev Fuad " Azərbaycan " , Abbaszadə Oğuz " Azərbaycanım " , Əhmədzadə Möhrübə " Azərbaycan tarixi ", Əfəndiyeva Səma “Azərbaycan” mövzusunda hazırladıqları təqdimatları şagirdlərə çox böyük həvəslə slayd şəklində təqdim etdilər. Təqdimat şagirdlərin xoşlarına gəldi. Dərsdə direktor müavini A.Vəliyeva iştirak etdi.