Xocalı faciəsinə həsr olunmuş tədbir keçirildi

25.02.2020-ci il tarixdə məktəbin akt zalında “İki insan iki həyat”adlı tədbir keçirildi. Tədbiri məktəbin tarix müəllimləri Şəfa Canəliyeva, Sevda Əhmədova 7Ç və 8C sinif şagirdləri ilə birlikdə hazırlamışdı. Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad olundu.Tədbirdə Qarabağ müharibəsinin canlı şahidləri : 242 saylı tam orta məktəbin müəllimi Fazilə Hacıyeva, 7Ç sinif şagirdi Yusif Əsədovun atası Arif Əsədov iştirak edirdi. Öncə şagirdlərimiz tərəfindən hazırlanan adı çəkilən canlı şahidlərimizə həsr olunmuş slayd nümayiş olundu. Qonaqlara söz verildi. Onlar Xocalı faciəsi haqqında geniş məlumat verdilər. Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olundu. Tədbirin sonunda çıxış üçün söz məktəbin direktoru Akif Rəsulova verildi.