20 Yanvar şəhidlərmizi ziyarət etdik

Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqədəs and yerinə çevrilmiş bir yer var. Bu 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il olduğu kimi bu il də məktəbin ibtidai sinif müəllimi Quliyeva Nigar rəhbərlik etdiyi 3 Ç sinfi ilə Şəhidlər Xiyabanını ziyarət etdilər. Bu ziyarəti təşkil etməkdə əsas məqsəd şagirdlərdə vətəndaşlıq hisslərinin tərbiyə edilməsi, tarixin ən mühüm hadisələri haqqında məlumatlandırılması,ermənilərin işğalçılıq siyasətinin açıqlanması,torpaqlarımızın işğalının məhz 20 yanvardan başlanması haqqında məlumat vermək idi.