20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş xüsusi dərs keçirildi

17.01.2020 ci il tarixdə məktəbin direktor müavini,tarix müəllimi Günay Əhmədova 9 C sinfində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş xüsusi dərs keçirildi. 20 Yanvar faciəsinin qurbanlarını bir dəqiqəlik sükutla yad olundu. G.Əhmədova o dəhşətli gecə barədə şagirdlərə məlumat verdi. Sonda şagirdlərin hazırladıqları təqdimatlar və mövzuyla bağlı video çarx nümayiş olundu.
Məktəbin ərazisində yerləşən şəhid abidələri ziyarət olundu.