20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbirlər keçirildi

Məktəbimizdə yanvar ayının 7-dən 19 -na qədər olan vaxt ərzində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş bir sıra tədbirlər görüldü. Bu vaxt ərzində sinif təşkilat saatlarında 20 Yanvar mövzusunda söhbətlər aparıldı. Məktəbin foyesində 20 Yanvar faciəsinə həsr olunmuş guşə yaradıldı, sinif divar qazetləri, məktəbdə fəaliət göstərən “Şən palitra”dərnəyinin üzvlərinin rəsmləri nümayiş olundu. Məktəbin ibtidai sinifləri guşənin qarşısında anım tədbiri keçirdi.