“ O gecə ” adlı dəyirmi masa keçirildi

   10.01.2020-ci il tarixdə 20 yanvar faciəsini otuzuncu ildönümü ilə bağlı “ O gecə “ adlı  mövzusunda dəyirmi masa keçirildi . Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu . Tədbirin təşkilatçısı məktəbin tarix müəllimi E.Nuriyeva mövzu haqqında şagirdlərə geniş məlumat verdi . Sonra 9 B sinif şagirdləri 1990 – ci il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən yeridilib,dinc əhaliyə divan tutmasından,yüzlərlə insanın qətlə yetirilməsindən söhbət açdılar,eləcə də yaralanmış, itkin düşmüş soydaşlarımız haqqında geniş məlumat verdilər. Dəyirmi masa iştirakçıları Sovet Ordusunun,xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakini zəbt etməsini,xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərini nümayiş etdirən video çarxa baxdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi