“Kiçik tədqiqatçılar” müsabiqəsinin qalibləri mükafatlandırıldı

29 dekabr 2019-cu il tarixində Nəsimi rayonu 1nömrəli tam orta məktəbdə ibtidai sinif şagirdləri arasında keçirilən “ Kiçik tədqiqatçılar ” müsabiqəsinin final mərhələsində iştirak etmiş komanda rəhbərlərinin mükafatlandırılması mərasimi keçirildi. Tədbirdə “ Kiçik tədqiqatçılar ” müsabiqəsində fəal iştirakına görə məktəbimizin ibtidai sinif müəllimi Sədiyeva Günayın rəhbərlik etdiyi “ Yaşıl zona ” komandası Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrəTəhsil İdarəsi tərəfindən tərifnamə ilə təltif olundu.