"Valideynlərin məktəbdə bir günü " layihəsi keçirildi

       Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığı məqsədilə səmərəli platformanın yaradılması,təhsil siyasətinin həyata keçirilməsində aktiv iştirakının təmin olunması,tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi,qeyri formal mühitdə məktəbin inzibati,pedaqoli heyəti və texniki işçi kollektivi ilə səmərəli ünsiyyət platformasının yaradılması məqsədilə " Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında " Əsasnamənin 15.6 - cı bəndini rəhbər tutaraq 2019-2020 ci tədris ili ərzində iki dəfə olmaqla 9-20 dekabr və 13-24 aprel tarixlərində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində " Valideynin məktəbdə bir günü " layihəsi keçirmək tapşırıldı.

      16.12.2019 - tarixdə " Valideynlərin məktəbdə bir günü "  layihəsi keçirildi.  İlk tədbir məktəbin akt zalında oldu. Direktor müavini,eyni zamanda məktəbin tarix müəllimi G.Əhmədova valideynlərə layihənin  məqsədini açıqladı. Tədbirin proqramı ilə valideynləri tanış etdi. Günay Əhmədova valideynlərə hazırladığı "Bullinq nədir?"mövzusunda təqdimatı nümayiş etdirdi. Mövzu ilə bağlı videoçarx nümaiş olundu . Valideynlərlə mövzu barədə diskussiya keçirildi. Sonra valideynlər məktəbin idman zalı,kitabxana,laboratoriyalar,informatika kabinetləri ilə tanış oldular. Məktəbin foyesində " Şən palitra " dərnəyinin Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş sərgisi nümaiş olundu. Bütün bunlardan sonra valideynlər dərsləri müşahidə etdilər,övladlarının təhsil səviyəsi haqqında müəllimlərdən məlumatlar aldılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi