"Kiçik Akademiyanın " iclası keçirildi

13.12.2019 - cu il tarixində məktəbmizin "Humanitar" və "Təbiət" fənləri üzrə " Kiçik Akademiya " larının iclası keçirilmişdir. İclasın gündəliyinə əsasən " Kİçik Akademiyanın" vitse prezidenti 9 A sinif şagirdi Gülmətova Lalə seçildi.
Eyni zamanda Təbiət qurupunun "Cəmiyyət və təbiət arasında qarşılıqlı əlaqələr",Humanitar qrupun isə " Azərbaycan bayraqları " mövzusunda təqdimatları dinlənildi. Təqdimatların hazırlanmasında məqsəd elmi- tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkar etmək ,onlarda elmi yaradıcılığa maraq yaratmaq tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməkdir.
İclasda məktəbin direktor müavini G.Əhmədova , tarix müəllimi E.Nuriyeva, kimya müəllimi M.Vəliyeva iştirak edirdi.