Ümummilli lider Heydər Əliyevin anım günü qeyd edildi

12 dekabr 2019 - cu il tarixdə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir məktəbin foyesində Ulu öndərin həyat və fəaliyətini əks etdirən guşənin qarşısında keçirildi. Tədbirin əvvəlində Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin 3A,4A,4B,4C sinif şagirdləri Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş çıxışlar etdilər,mahnılar ifa etdilər, şeirlər söylədilər.