" Sağlam həyat tərzi " mövzusunda seminar keçirildi

     Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən məktəb şagirdlərinin tərbiyə olunması sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fəaliyyət planının " Sağlam həyat" tərzinin təbliği və təşviqi bölməsi üzrə 2.3.1. bəndinə uyğun olaraq " Sağlam həyat " tərzini şərtləndirən xüsusiyyətlər mövzusunda məktəbin biologiya müəllimi S.Məmişova 11.12.2019 - cu il tarixində məktəbin akt zalında VII - X sinif şagirdləri üçün seminar keçirildi. Seminarda direktor müavinləri G.Əhmədova , A.Vəliyeva və məktəb müəllimləri iştirak etdilər.

     Seminarın keçirilməsində əsas məqsəd şagirdlərin fiziki,psixoloji , mənəvi sağlamlığının formalaşmasını düzgün  təmin etmək və sağlam həyat tərzini təbliğ etməkdir. Seminarda mövzunu tam əhatə edən videoçarx nümaiş olundu.A.Vəliyeva şagirdlərə mövzu ilə bağlı öz tövsiyyələrini bildirdi, onları maraqlandıran sualları cavablandırdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi