" Kiçik tədqiqatçılar " müsabiqəsi keçirildi

İbtidai sinif şagirdlərində tədqiqatçılıq bacarığı inkişaf etdirmək, elmi - tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə " kiçik Akademiya "larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq,birgə layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin " Kiçik tədqiqatçılar " müsabiqəsinin keşirilməsi barədə F - 436 nömrəli 21.11.2019 - cu il tarixli əmrinə əsasən məktəbmizdə "Kiçik tədqiqatçılar" müsabiqəsinin məktəb turu keçirildi. Müsabiqə direktor müavini A. Vəliyeva və ibtidai sinif müəllimi G.Sədiyevanın rəhbərliyi ilə təşkil olundu. Müsabiqə II - IV sinif şagirdləri arasında " Sağlam qıdalanma " mövzusunda keçirildi. Şagirdlər " Sağlam qidalanma " mövzusunda tədqiqat işi aparıldılar. Sonda qalib kamanda müəyyən olundu. Adları qeyd olunan şagirdlər qalib komandanın üzvləridir : Vəliyeva Aylin 4 A, Aslanova Nigar 4 B, Qulizadə Familə 4 C, və Eyvazlı Cəfər 3 B.