“İngilis dilini öyrənənlər üçün” adlı tədris vəsaitinin təqdimatı keçirildi

Noyabrın 5-də  2009/2010 tədris ilində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı  ilə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş ingilis dili müəllimi Solmaz Məmmədovanın “İngilis dilini öyrənənlər üçün” adlı tədris vəsaitinin rus dilində olan nəşrinin təqdimatı keçirildi.Vəsaitdə ingilis dilinin qrammatik qaydaları sadə və anlaşıqlı  izah edilir və tapşırqlar vasitəsilə möhkəmləndirilir.

Təqdimatda məktəb rəhbərliyi, xarici dillər üzrə fənn metodbirləşmənin üzvləri və müxtəlif  məktəblərin ingilis dili müəllimləri iştirak etdilər. İştirakçılar Solmaz muəllimi təbrik edərək, kitabın ingilis dilini öyrənənlər üçün çox  faydalı ola biləcəyini söylədilər. Təqdimatın sonunda  müəllif tərəfindən kitabın imzalı nümunələri həmkarlarına hədiyyə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi