Beynəlxalq Ana Dili Günü

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. Bütün müəllimlər öz ana dilimizi şagirdlərimizə sevdirmək üçün əllərindən gələni əsirgəmirlər.
Fevralın 21-də məktəbin 3“A” sinif müəllimi Güləbətin Tağıyevanın iştirakı ilə "Ana dilimizi sevək" adlı sinif təşkilat saatı keçirilib. Təşkilat saatında şagirdlər dilimizin gözəlliyini, ahəngdarlığını əks etdirən çıxışlar nümayiş etdiriblər.